Lənkəranda iki nəfəri maşın vurdu, biri öldü
04 iyun 2024 09:47 (UTC +04:00)

Lənkəranda iki nəfəri maşın vurdu, biri öldü

Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadla bildirir ki, iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi bu səhər Lənkəran rayonunun Girdəni kəndi ərazisində baş verib. Hərəkətdə olan minik avtomobili piyada olan Girdəni kənd sakinləri 29 yaşlı Elmar Eldar oğlu Hüseynov və 24 yaşlı Məhərrəməli Vidadi oğlu Ağayevi vurub. Piyadalar ağır vəziyyətdə Lənkəran rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Hər iki yaralıya tibbi yardım göstərilib.

Vəziyyəti daha ağır olan Elmar Hüseynovun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada ölüb. Digər yaralı Məhərrəməli Ağayev travmatologiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır olaraq qalıb. E.Hüseynovun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2082
avatar

Oxşar yazılar