Lənkəran rayonunda avtobus sürücüsünün meyiti tapılıb.
Lent.az xəbər verir ki, hadisə rayonun Şıxakəran kəndində qeydə alınıb. Kənd sakini Tofiq Abbasovun meyiti idarə etdiyi avtobusun salonunda aşkarlanıb.
İlkin məlumata əsasən, T.Abbasov Şıxakəran–Lənkəran marşrutu üzrə işini başa vurduqdan sonra avtobusu yaşadığı evin həyətinə salıb. Naməlum səbəbdən o, nəqliyyat vasitəsinin içərisində vəfat edib.
Tofiq Abbasovun ölüm səbəbi məhkəmə-tibbi ekspertizanın rəyindən sonra məlum olacaq.
Faktla bağlı araşdırma aparılır.