Körpəsini satan  6 uşaq anası həbs olundu
11 mart 2025 11:31 (UTC +04:00)

Körpəsini satan 6 uşaq anası həbs olundu

Özbəkistanda məhkəmə uşağını satmağa cəhd edən anaya hökm oxuyub. 

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə Surxandərya rayonunda baş verib. Altı uşaq anası 62 milyon sum (təxminən 8140 manat) pul müqabilində körpəni tanımadığı şəxslərə vermək istəyib.

Valideyn əməliyyat zamanı saxlanılıb. Qadına qarşı insan alveri maddəsi ilə cinayət işi açılıb.

Məhkəmə ananı təqsirli bilib və 3 il müddətinə azadlıqdan məhrum edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 762

Oxşar yazılar