Kişi onu icazəsiz öpən qadından polisə şikayət etdi
21 noyabr 2023 02:09 (UTC +04:00)

Kişi onu icazəsiz öpən qadından polisə şikayət etdi

Çinin Syamen şəhərində naməlum qadının kafedə səhər yeməyi yeyən kişini soruşmadan öpməsi internetdə müzakirələrə səbəb olub.

Lent.az xəbər verir ki, bu barədə The Thaiger məlumat yayıb.

Qadın səhər tezdən kafeyə daxil olaraq səhər yeməyi yeyən ziyarətçiyə yaxınlaşıb. O, əvvəlcə əlini kişinin çiyninə qoyub, sonra onu öpüb. Bundan sonra o, sakitcə müəssisəni tərk edib.

Kişi arxaya çevriləndə tanımadığı qadının ona toxunduğunu görüb. Çinli kişi onu icazəsiz öpən qadından polisə şikayət edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3339
avatar

Oxşar yazılar