Kiberpolisdən ƏMƏLİYYAT:  özünü bank işçisi kimi təqdim edən haker   tutuldu - VİDEO
19 noyabr 2025 16:47 (UTC +04:00)

Kiberpolisdən ƏMƏLİYYAT: özünü bank işçisi kimi təqdim edən haker tutuldu - VİDEO

0

Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi əməkdaşlarının növbəti əməliyyat-texniki tədbir keçiriblər.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, nəticədə özünü kredit mütəxəssisi kimi təqdim edərək müxtəlif səhifələrdə “sərfəli şərt, az komissiya, zamin tələb olunmadan kreditlərin verilməsi” adı altında 200-dən çox insanın pulunu ələ keçirən əvvəllər də eyni əmələ görə məhkum olunmuş 32 yaşlı Kənan Əmirahlı saxlanılıb.

Araşdırmalarla məlum olub ki, K.Əmirahlı sosial şəbəkələrdə kampaniya keçirildiyini və güzəştli şərtlərlə kreditlərin verilməsi ilə bağlı elanlar yerləşdirib. Daha sonra ona müraciət edən şəxslərin kart məlumatlarını və onların mobil telefonlarına göndərilmiş “OTP” təhlükəsizlik kodlarını ələ keçirib. Saxlanılan şəxs informasiyaları əldə etdikdən sonra mobil tətbiqlərə daxil olaraq zərərçəkənlərin balansındakı vəsaitləri başqa şəxslərin adına açdığı kartlara köçürərək ələ keçirib. 

Faktlarla bağlı cinayət işi başlanılıb. K.Əmirahlı barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 
 
DİN vətəndaşlara müraciət edərək bildirir ki, sosial şəbəkələrdə saxta kredit elanları ilə bağlı paylaşımlarla qarşılaşan zaman maksimum dərəcədə ehtiyatlı olsunlar. Sürətli və aşağı faizli kredit imkanı kimi başlıqlı elanlara, bankların adlarını və ya loqolarını təqlid edərək fişinq məqsədilə göndərilən mesajlara, eləcə də keçidlərə diqqət yetirsinlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 244

Oxşar yazılar