Kənd sakini su arxında boğuldu
01 iyun 2022 15:39 (UTC +04:00)

Kənd sakini su arxında boğuldu

Sabirabadda kişi faciəli şəkildə ölüb.

Lent.az xəbər verir ki, hadisə rayonun Şorsulu kəndində baş verib. Kənd sakini 47 yaşlı Rafət Əvəz oğlu Sərxanov kənd ərazisindən keçən su arxaına düşərək boğulub.

Onun meyiti arxdan çıxarılaraq, aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

# 1713
avatar

Mehman Nəbiyev

Oxşar yazılar