İrandan Rusiyaya yük aparan maşın Azərbaycanda saxlanıldı: içindən nələr çıxdı?
24 fevral 2026 09:41 (UTC +04:00)

İrandan Rusiyaya yük aparan maşın Azərbaycanda saxlanıldı: içindən nələr çıxdı?

0

Astara Gömrük İdarəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində növbəti dəfə xüsusilə külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən xəbərə görə, Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya "kahı" yükü aparan nəqliyyat vasitəsinə kinoloji xidmət itinin tətbiqi ilə əsaslı gömrük yoxlaması keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsindən "kahı" formasına salınaraq gömrük nəzarətindən gizlədilən, qablaşdırılmaları ilə birlikdə ümumi çəkisi 79 kiloqram 820 qram xüsusilə külli miqdarda narkotik vasitə - marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 328

Oxşar yazılar