İrandan alma gətirən TIR-dan 36 kilo narkotik  çıxdı
03 dekabr 2024 11:45 (UTC +04:00)

İrandan alma gətirən TIR-dan 36 kilo narkotik çıxdı

Astara Gömrük İdarəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “alma” yükü aparan daha bir nəqliyyat vasitəsindən külli miqdarda narkotik vasitə aşkar edilib.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən xəbərə görə, idarənin “Cənub-Astara” gömrük postunun idxal nəzarət xəttinə daxil olan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusu vasitəsilə gömrük baxışı keçirilib.

Nəqliyyat vasitəsinin qoşqusunun təsvirlərində şübhəli cizgilər müşahidə olunduğundan yük kinoloji xidmət itinin tətbiqi ilə yoxlamaya cəlb edilib.

Yoxlama zamanı xidməti itin reaksiyasına əsasən iki paletdəki 35 yeşikdən alma yükünün altında gömrük nəzarətindən gizlədilən, falqaya bükülmüş dördbucaqlı formalı, xalis çəkisi 36 kq 20 qr olan narkotik vasitə - marixuana aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2054

Oxşar yazılar

Daşkəsəndə 60 yaşlı kişi işdə öldü

Daşkəsəndə 60 yaşlı kişi işdə öldü

3 iyun 2025 , 18:17
Gəncədə stansiya işçisi qatardan yıxıldı

Gəncədə stansiya işçisi qatardan yıxıldı

3 iyun 2025 , 17:46
Naringi yeyən qadın boğulub öldü

Naringi yeyən qadın boğulub öldü

3 iyun 2025 , 17:35
DTX-nın saxladığı hakerə HÖKM OXUNDU

DTX-nın saxladığı hakerə HÖKM OXUNDU

3 iyun 2025 , 15:43
Şəmkirdə yeniyetmə epilepsiyadan  öldü

Şəmkirdə yeniyetmə epilepsiyadan öldü

3 iyun 2025 , 15:36
Bərdədə məktəbdə FACİƏ:  şagird 3-cü mərtəbədən yıxıldı - YENİLƏNİB

Bərdədə məktəbdə FACİƏ: şagird 3-cü mərtəbədən yıxıldı - YENİLƏNİB

3 iyun 2025 , 15:35
Bakı aeroportunda ÖLÜM

Bakı aeroportunda ÖLÜM

3 iyun 2025 , 14:54
Bərdədə kişi kanalda boğuldu

Bərdədə kişi kanalda boğuldu

3 iyun 2025 , 14:26