İrandan 10 kiloya yaxın  narkotik gətirənlər saxlanıldı
09 fevral 2026 12:35 (UTC +04:00)

İrandan 10 kiloya yaxın narkotik gətirənlər saxlanıldı

0

Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Lent.az-a verilən xəbərə görə, Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində 9 kiloqram 860 qram narkotik vasitə marixuananın İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat-qoşun tədbirləri nəticəsində əraziyə narkotik vasitəni götürmək məqsədilə gələn Bakı şəhər sakinləri – 35 yaşlı Hüseyinov Şəhriyar Səlim oğlu və 25yaşlı Əliyev Səttar Niyazi oğlu cinayət məsuliyyətinə cəlb olunublar.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 218

Oxşar yazılar