Hirkan Milli Parkında narkotik plantasiyası  aşkarlandı -  VİDEO
04 iyun 2026 18:47 (UTC +04:00)

Hirkan Milli Parkında narkotik plantasiyası aşkarlandı - VİDEO

0

Astara Rayon Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli bitkilərin kultivasiyasına qarşı əməliyyat keçirib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin regional qrupundan Lent.az-a verilən xəbərə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşları ilə birgə keçirilən tədbir zamanı Hirkan Milli Parkının çətin relyef şəraitinə malik meşə ərazisində salınmış narkotik plantasiyası aşkarlanıb.

Tədbirlərlə həmin ərazidə aşkarlanan 179 ədəd çətənə kolunun əvvəllər məhkum olunmuş 38 yaşlı Elməddin Məmmədovun əkərək xüsusi qulluq göstərdiyi müəyyən edilib və o, saxlanılıb.

Faktla bağlı Astara rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 342

Oxşar yazılar