Heyvanxanadakı kenquruları  oğurladılar
01 oktyabr 2024 16:05 (UTC +04:00)

Heyvanxanadakı kenquruları oğurladılar

Rusiyada zooparklardan silsilə kenquru oğurlayanlar peyda olub.

Lent.az yerli mediaya istinadla bildirir ki, əvvəlcə Yaroslavldakı zooparkdan Kroş adlı kenquru balasının oğurlanması barədə məlumat yayılıb. İşçilər heyvanın özünün qaça bilməyəcəyini, üstəlik körpənin anasından ayrılmasının qeyri-mümkün olduğunu deyiblər. Eyni zamanda itkin düşən gün zooparkdakı kameralar işləməyib.

Sentyabrın 30-na keçən gecə isə Kaluqadakı Vorobi parkından daha iki kiçik dişi kenquru yoxa çıxıb. Bu parklarda isə kameralar olmayıb.

Hər iki halda oğurluq faktı ilə bağlı cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1428
avatar

Oxşar yazılar