Həyətdən 8 minlik tikinti materialı oğurlandı
20 fevral 2024 11:15 (UTC +04:00)

Həyətdən 8 minlik tikinti materialı oğurlandı

Bakıda külli miqdarda tikinti materialları oğurlanıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hadisə fevralın 19-na keçən gecə Qaradağ rayonu Puta qəsəbəsi ərazisində baş verib. Bir nəfərin torpaq sahəsindən 8000 manat dəyərində tikinti materialı oğurlanıb.

Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən Elman Muradov və Mürsəl Əhmədov saxlanılıblar.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2913
avatar

Oxşar yazılar