Hacıqabulda baş verən ağır qəzada ölənlərin adları bəlli olub -FOTO  -YENİLƏNİB
17 sentyabr 2023 12:20 (UTC +04:00)

Hacıqabulda baş verən ağır qəzada ölənlərin adları bəlli olub -FOTO -YENİLƏNİB

Bakı-Qazax magistralının Hacıqabul rayonu Pirsaat kəndi ərazisindən keçən hissəsində baş verən qəzada ölənlərin adı bəlli olub.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu Pirsaat kəndi ərazisindən keçən hissəsində baş verib.

Tovuz rayon sakini, 1997-ci il təvəllüdlü Rzayev Rza Firdovsi oğlunun idarə etdiyi KIA markalı minik avtomobilini yol kənarında dayanan “Mercedes” markalı yük maşını (TIR) ilə toqquşub. Nəticədə sürücü və avtomobildə olan sərnişin Tovuz rayon sakini,  1987-ci il təvəllüdlü Məmmədov Amir Arif oğlu hadisə yerində ölüblər.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Hacıqabul YMX-nin xilasediciləri cəlb olunub. Xüsusi avadanlığın köməyi ilə avtomobildə sıxılıb qalan meyitlər çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.

 

***

09:07

 

Xəbər fotolar əlavə olunub.

***

Saat 08:22

Hacıqabulda ağır yol nəqliyyat hadisəsi olub.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu Pirsaat kəndi ərazisindən keçən hissəsində baş verib.

KIA markalı avtomobilinin yük maşını (TIR) ilə toqquşması nəticəsində iki nəfər ölüb.

Faktla bağlı araşdırma aparılır.

# 5277
avatar

Oxşar yazılar