Göyçayda yeniyetmələrin mübahisəsi zamanı qan töküldü
13 iyul 2024 11:04 (UTC +04:00)

Göyçayda yeniyetmələrin mübahisəsi zamanı qan töküldü

Göyçayda bıçaqlanma baş verib. 

Lent.az xəbər verir ki, hadisə rayonun Mırtı kəndində qeydə alınıb. 

Kənd sakini, 17 yaşlı N.N. şəxsi münasibətlər zəminində aralarından yaranmış mübahisə zamanı üzərində gəzdirdiyi bıçaqla həmyaşıdı H.H.ya xəsarət yetirib. 

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a  bildirilib ki, əməli törədən şəxs saxlanılaraq izahatı alınıb, xəsarətlə bağlı məhkəmə-tibbi ekspertiza təyin olunub. 

Faktla bağlı rayon polis şöbəsinə araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2274
avatar

Fidan İlqar

Oxşar yazılar