Goranboyda yol qəzası olub.
Lent.az xəbər verir ki, hadisə Tapqaraqoyunlu kəndində qeydə alınıb.
"VAZ 21099" markalı minik maşını idarəetmədən çıxaraq, yol kənarına aşıb. Qəza zamanı sürücü 68 yaşlı B.Vəliyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəsarət alanın vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.