Gəncədə 13 gün əvvəl avtomobilin vurduğu piyada ölüb.
Lent.az-ın məlumatına görə, hadisə fevralın 11-də şəhərin B. Əliyev küçəsində baş verib.
Şükürov Ruslan Əbülfət oğlu idarə etdiyi "Opel" markalı avtomobillə piyada Əliyev Elcan Elçin oğlunu vurub. Yaralı aldığı xəsarətlərdən fevralın 24-də müalicə aldığı xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi açılıb.