Gəncədə iki maşın toqquşdu : xəsarət alanlar var
12 iyun 2026 08:53 (UTC +04:00)

Gəncədə iki maşın toqquşdu: xəsarət alanlar var

0

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hərəkətdə olan VAZ və Chevrolet markalı minik avtomobillərinin toqquşması nəticəsində 1970-ci il təvəllüdlü Ç. Qasımov və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Onlara tibbi yardım göstərilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 252

Oxşar yazılar