Qazaxıstanın Qızılorda vilayətinin Aralsk şəhərində yarışan dəvə kişi və onun 4 yaşlı qızının üzərinə çırpılıb. Toqquşma zamanı heyvan insanların üzərinə yıxılıb və onları əzib.
Lent.az yerli KİV-ə istinadla bildirir ki, zərərçəkənlər Aral Xüsusi İntizamlı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Məlum olub ki, balaca Tamila atası ilə bağçadan qayıdırmış.
“Dəvənin çəkisi 500 kq-dır, toqquşma nəticəsində ölə bilərdi. Belə bir zərbədən sonra övladım sağaldı”, - qızın anası Naqimə Jumaqaliyeva qeyd edib.
Qızın atası xəsarət almayıb. Uşağın vəziyyəti ağır olsa da, səhhəti üçün təhlükə yoxdur.