Cəlilabadda qaz sızmasından zəhərlənən kişi Bakıda ölüb.
Lent.az xəbər verir ki, hadisə dekabrın 12-də Cəlilabad şəhərində baş verib. 30 yaşlı Rzayev Zaur Xanhüseyn oğlu yaşadığı evdə qaz sızmasından zəhərlənib. O, Bakıya Nərimanov Tibb Mərkəzinə gətirilib.
Lakin görülən tədbirlərə baxmayaraq, zərərçəkən dekabrın 16-da orada ölüb.
Araşdırma aparılır.