Rusiyanın Moskva vilayətinin Lyubertsı şəhər rayonunda iki cütlük müəmmalı şəraitdə ölüb. İki mənzildə bir neçə saat fərqlə dörd nəfərin cəsədi tapılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, ilk hadisə Kalinina kəndində baş verib. Beşmərtəbəli binanın mənzillərindən birində 42 yaşlı qadın və 47 yaşlı kişinin meyiti tapılıb.
Axşam saatlarında isə həmin rayonun Malaxovka kəndində 9 mərtəbəli binadakı mənzildə 42 yaşlı kişi və 46 yaşlı qadının meyitləri aşkar edilib.
Meyitlərin üzərində zorakılıq əlamətləri aşkar edilməyib. Polis alkoqol, qida və qazdan zəhərlənmə versiyasını yoxlayır.