Rusiyanın Voronej vilayətində bir evin 3 sakini dəm qazından zəhərlənib.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə aprelin 30-da Sovetski rayonu, Deputatskaya küçəsindəki evdə baş verib. Ölənlərin 54-62 yaş arasında olduğu bildirilir. Onların mənzilində tək qaz kəmərinə qoşulmuş su ilə işləyən qaz qızdırıcısından istifadə olunub.
Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.