Bakıda evdən meyit tapılıb.
Lent.az xəbər verir ki, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1976-cı il təvəllüdlü Aytəkin Mürşüd qızı Kərimovanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı evdə aşkar edilib.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.