Bərdədə ana doğuşdan 3 gün sonra  öldü
06 noyabr 2023 16:45 (UTC +04:00)

Bərdədə ana doğuşdan 3 gün sonra öldü

Bərdədə 3 gün öncə ana olan qadın bu gün həyatını itirib.

3 gün öncə Bərdə Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində uşaq dünyaya gətirən qadın evə buraxılıb. Evdə səhhəti pisləşən 1999-cu il təvəllüdlü Əlizadə Nəsibə Canpolad qızı yenidən xəstəxanaya müraciət edib. 

Müayinələrdən sonra əməliyyata götürülən Nəsibə Əlizədənin vəziyyəti ağırlaşıb və onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır. /APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3456
avatar

Oxşar yazılar