Keniyada müğənni amansızlıqla qətlə yetirilib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, küçədə baş verən mübahisədən sonra qadın ifaçının üzərinə yanacaq maddəsi tökərək yandırıblar.
Zərərçəkən ağır yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılsa da çox keçmədən ölüb. İlkin ehtimallara görə, qətlin əsas səbəbi müğənninin çiynindəki döymə olub.
Araşdırma aparılır.