Bakıda qəzada yaralanan sərnişin 24 gün sonra öldü
11 aprel 2025 09:23 (UTC +04:00)

Bakıda qəzada yaralanan sərnişin 24 gün sonra öldü

Bakıda 24 gün əvvəl qəzada yaralanan sərnişin ölüb.

Lent.az xəbər verir ki, hadisə martın 17-də Sabunçu rayonu  Pirşağı qəsəsəbindəki magistral yolda baş verib.

31 yaşlı Məmmədzadə Səbuhi Cabbar oğlu idarə etdiyi “Mercedes Benz” markalı, avtomobillə Şamoyev Aydın Bala oğlunun idarə etdiyi “Toyota” markalı avtomobil toqquşub. Nəticədə 41 yaşlı Fərzəliyev Eldəniz Haxverdi oğlu xəsarət alaraq, Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Lakin görülən tədbirlərə baxmayaraq, o, aprelin 10-da həmin xəstəxanada keçinib.

Faktla bağlı cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 686

Oxşar yazılar