Bakıda QƏZA:   1 nəfər... - FOTO
06 yanvar 2023 02:22 (UTC +04:00)

Bakıda QƏZA: 1 nəfər... - FOTO

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, qəza Zabrat şossesində qeydə alınıb.

Belə ki, “VAZ 21012” markalı avtomobili idarə edən şəxs Balaxanı qəsəbəsi istiqamətində olan yola dönmək istəyib.

Əks istiqamətdə olan “AzSamand”ın sürücüsü idarəetməni itirib.

Bu zaman yol qəzası baş verib.

Qəza zamanı “AzSamand” markalı avtomobildə olan sərnişin xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib.

Fakt üzrə araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2253
avatar

Oxşar yazılar