Bakıda oğurluq edən "parkovşik" KAMERALARA DÜŞDÜ
22 fevral 2025 12:48 (UTC +04:00)

Bakıda oğurluq edən "parkovşik" KAMERALARA DÜŞDÜ

Bakı polisi oğurluq edən "parkovşiki" həbs edib. 

Lent.az-ın əldə etdiyi məlumata görə, Binəqədi rayonu ərazisində yerləşən mağazalardan birinin qarşısında oğurluq hadisəsi qeydə alınıb.

Belə ki, 60 yaşlı qadın içərisində 1270 manat, 940 dollar, 7300 rubl və sənəd olan pul kisəsinin naməlum şəxs tərəfindən oğurlanması barədə polisə müraciət edib. 

Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 64 yaşlı Məmmədxan Nəcəfov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı Binəqədi RPİ 5-ci PB-də araşdırmalar davam etdirilir.

Lent.az hadisə anının görüntülərini təqdim edir:

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3070

Oxşar yazılar