Bakıda marşrut avtobusu piyadanı vuraraq öldürüb
10 sentyabr 2024 09:24 (UTC +04:00)

Bakıda marşrut avtobusu piyadanı vuraraq öldürüb

Sabunçuda 46 saylı marşrut avtobusu piyadanı vuraraq öldürüb.

Lent.az xəbər verir ki, hadisə Qaraçuxur qəsəbəsi istiqamətində qeydə alınıb.

Belə ki, "DAEWOO" markalı sərnişin avtobusu "Bakıxanov Ticarət Mərkəzi"nin yaxınlığında yolu keçən piyada 1971-ci ildə təvəllüdlü Xudiyev Elmidar Kazım oğlunu ehtiyatsızlıqdan vurub.

Hadisə nəticəsində müxtəlif xəsarətlər alan piyada müalicə aldığı xəstəxanada ölüb.

Fakt araşdırılır

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1038
avatar

Oxşar yazılar