Bakıda intihar hadisəsi olub.
Lent.az xəbər verir ki, hadisə günorta saatlarında Xətai rayonu Məhəmməd Hadi küçəsində, "Həzi Aslanov" metrostansiyasının yaxınlığında baş verib. 68 yaşlı Rafiq Əbilov yaşadıığı hündürmərtəbəli binanın 12-ci mərtəbəsindən özünü ataraq, həyatına son qoyub.
Onun hansı səbəbdən özünü öldürməsi hələlik bəlli deyil.
Faktla bağlı Xətai rayon Prokurorluğunda araşdırma aparılır.