Bakıda balıqların kütləvi   ölümü - VİDEO  - YENİLƏNİB
04 iyun 2025 11:29 (UTC +04:00)

Bakıda balıqların kütləvi ölümü - VİDEO - YENİLƏNİB

Abşeron rayonu Məhəmmədi kəndində yerləşən göldə balıqların kütləvi ölümü ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyi (AXA), Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutu və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən araşdırma aparılır.

Bu barədə Lent.az-a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hər üç dövlət qurumunun mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilib, sudan və balıqlardan nümunələr götürülüb. Nümunələr AXA-nın Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi, Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutu və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına təqdim edilib. Aparılacaq analizlərin nəticəsi əldə edildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə Məhəmmədi kəndində göldə balıqların kütləvi ölümünü əks etdirən video görüntülər yayılıb.

 

***
10:28

Sosial şəbəkələrdə kütləvi şəkildə balıqların ölməsi ilə bağlı videolar yayılıb. Çoxları görüntülərin süni göldə, yaxud Xəzər dənizində çəkildiyi ilə bağlı tərəddüdlər edirlər.

Lent.az-ın əldə etdiyi məlumata əsasən, ölən balıqlar dənizdə deyil, süni göldə saxlanılırmış. Hadisənin Bakı kəndlərindən birində baş verdiyi bildirilir.

Sözügedən görüntüləri təqdim edirik:

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1470

Oxşar yazılar