Bakının Xətai rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Babək Plazanın yaxınlığında qeydə alınıb.
Belə ki, 1975-ci il təvəllüdlü İsayev Tofiq Zabit oğlu dava zamanı bıçaqlanıb.
Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktı Xətai Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.