Azov dənizində həlak olanların cənazələri Azərbaycana gətirildi
10 iyun 2026 11:27 (UTC +04:00)

Azov dənizində həlak olanların cənazələri Azərbaycana gətirildi

0

İyunun 5-də Azov dənizində yük gəmisinə PUA hücumu zamanı həyatını itirənlər soydaşlarımızın cənazələri Azərbaycana gətirilib. 

Bu barədə Lent.az-a həlak olanların yaxınları məlumat verib. 

Bildirilib ki, bu gün səhər saatlarında soydaşlarımızın nəşləri Yalama Sərhəd-Keçid Məntəqəsindən Azərbaycan ərazisinə daxil olub.

Cənazələr bu gün Bakıya gətiriləcək və günün ikinci yarısı ailələrinə təhvil veriləcək.

Qeyd edək ki, ümumilikdə 25 nəfər Azərbaycan vətəndaşının olduğu gəmilərə PUA hücumi nəticəsində 4 nəfər yaralanıb, 4 nəfərin isə həlak olub.

Həlak olmuş vətəndaşlarımız 50 yaşlı Rəcəb Əhədov və 29 yaşlı Məhəmməd Əliyevin cəsədləri dərhal aşkarlanıb. Hazırda cənazələrin ölkəmizə göndərilməsi istiqamətində tədbirlər görülür. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 936

Oxşar yazılar