Azov dənizində həlak olan iki soydaşımızın MEYİTİ TAPILDI
09 iyun 2026 11:34 (UTC +04:00)

Azov dənizində həlak olan iki soydaşımızın MEYİTİ TAPILDI

0

İyun 5-i tarixində Azov dənizində dron hücumları nəticəsində zərər görmüş gəmilərin heyət üzvləri olan 19 nəfər Azərbaycan vətəndaşı ölkəmizə yola salınıb və onların 9 iyun tarixində günorta radələrində ölkəmizə çatmaları gözlənilir.

Lent.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bununla yanaşı, axtarış-xilasetmə tədbirləri nəticəsində 1969-cu il təvəllüdlü Qismət Əliyev və 1981-ci il təvəllüdlü Fuad Orucovun nəşləri tapılıb.

Müvafiq prosedurlar tamamlandıqdan sonra nəşi aşkarlanmış dörd nəfər vətəndaşımızın cənazələrinin və onları müşayiət edən Yeysk şəhərində qalan iki nəfər vətəndaşımızın yaxın günlərdə ölkəmizə yola salınması nəzərdə tutulur.

Qeyd edək ki, ümumilikdə 25 nəfər Azərbaycan vətəndaşının olduğu gəmilərə PUA hücumi nəticəsində 4 nəfər yaralanıb, 4 nəfərin isə həlak olub.

Həlak olmuş vətəndaşlarımız 50 yaşlı Rəcəb Əhədov və 29 yaşlı Məhəmməd Əliyevin cəsədləri dərhal aşkarlanıb. Hazırda cənazələrin ölkəmizə göndərilməsi istiqamətində tədbirlər görülür. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1034

Oxşar yazılar