Azərbaycanlıları Türkiyə və Avropaya qanunsuz daşıyan dəstə  ƏLƏ KEÇİRİLDİ
11 aprel 2026 10:50 (UTC +04:00)

Azərbaycanlıları Türkiyə və Avropaya qanunsuz daşıyan dəstə ƏLƏ KEÇİRİLDİ

0

Türkiyədə qanunsuz miqrasiyaya qarşı əməliyyat keçirilib.

Lent.az yerli mediaya istinadla bildirir ki, əməliyyat İğdır prokurorluğunun apardığı araşdırma çərçivəsində həmin rayonda baş tutub.

Nəticədə ölkəyə miqrantların qanunsuz yollarla keçməsinə şərait yaradan 12 nəfər tutulub. Məhkəmə qərarı ilə onlardan 7-si həbs olunub. Digərləri isə şərti qaydada sərbəst buraxılıb.

Saxlanılanların evlərində aparılan axtarışlar zamanı qaçaqmal yanacaq, Azərbaycan və Əfqanistan vətəndaşlarına aid çoxlu sayda pasport, kartlar, narkotik, pul, qanunsuz miqrantlar üçün alınan Türkiyədə yayayış iznləri və s. aşkarlanaraq götürülüb.

Məlumata görə, həmin dəstə üzvləri miqrantların Türkiyə və Avropaya qanunsuz daşınması ilə məşğul olub.

Hazırda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 360

Oxşar yazılar