Xızının prokuroru qəzaya düşdü
17 mart 2025 11:55 (UTC +04:00)

Xızının prokuroru qəzaya düşdü

Xızı rayonunun prokuroru qəzaya düşüb. 

Baş Prokurorluqdan Lent.az-a  bildirilib ki, bu gün saat 9 radələrində Xızı rayonu ərazisində “Niva” və “Toyota Camry” markalı avtomobillərin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib. 

Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü, o cümlədən “Toyota Camry” markalı avtomobilin içərisində sərnişin qismində olmuş Xızı rayon prokuroru Xəyalə Aslanova müxtəlif dərəcəli bədən xərarəti alıb.

 

Zərərçəkmiş şəxslərin vəziyyəti qənaətbəxşdir və hazırda xəstəxanada müalicələri davam etdirilir.

 

Faktla bağlı Siyəzən rayon prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 952

Oxşar yazılar