Azərbaycana  dilənməyə gələnlər   tutuldu
04 oktyabr 2022 17:54 (UTC +04:00)

Azərbaycana dilənməyə gələnlər tutuldu

Azərbaycana qanunsuz keçən 8 nəfər saxlanılıb.

Dövlət Sərhəd Xidmətindən Lent.az-a verilən məlumata görə, oktyabrın 3-də saat 3:30-da Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin Ağstafa rayonunun Sadıqlı kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən Gürcüstandan Azərbaycan istiqamətində naməlum şəxslər tərəfindən dövlət sərhədinin pozulması müşahidə edilib.

Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılaraq, ərazi qapadılıb və dövlət sərhədini pozmağa cəhd göstərən 7-i azyaşlı olmaqla, 8 Azərbaycan vətəndaşı saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxslərin dilənmək məqsədilə dövlət sərhədindən qanunsuz keçməyə cəhd göstərdikləri məlum olub.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

# 2166
avatar

Oxşar yazılar