Yekaterinburqda V.A.Sorokin adına Koltsovo Gömrük İdarəsinin əməkdaşları külli miqdarda smartfon və komponentlər ələ keçiriblər.
Lent.az Rusiya mediasına istinadla xəbər verir ki, qadcetlər kişinin çamadanında olub. Ümumilikdə gömrükçülər 24 “iPhone” və onlar üçün 50 aksessuar sayıblar. Çamadanın sahibi guya heç yerə uçmadığını, Bakıya gedən dostları vasitəsilə Azərbaycana qadcet göndərmək aeroporta gəldiyini deyib.
Daha sonra vətəndaş başqa versiya irəli sürüb. Guya o, cəmi iki telefon göndərmək istəyib, qalanları ilə şəhərə qayıtmağı planlaşdırıb.
Hadisə ilə bağlı danışan gömrük rəisi Sergey Balandin “Gömrük nəzarəti zonasını keçmək yalnız uçuş sərnişinləri üçün mümkündür”, deyib. Onun sözlərinə görə, sərnişinləri müşayiət edənlər “yaşıl” və ya “qırmızı” dəhlizlərin girişinə qədər qalmalıdırlar. Çamadanda yük varsa, ya yola düşməzdən əvvəl “qırmızı dəhliz”də, ya da onlayn şəkildə bəyan edilməlidir.