Ağdaşda DƏHŞƏT:  ailəsi kişinin güllələnmiş meyitini tapdı
03 aprel 2026 10:42 (UTC +04:00)

Ağdaşda DƏHŞƏT: ailəsi kişinin güllələnmiş meyitini tapdı

0

Ağdaşda dəhşətli hadisə baş verib.

Lent.az xəbər verir ki, hadisə rayonun Yenicə kəndində qeydə alınıb.

Kənd sakini Osmanov Fərid Namiq oğlunun güllələnmiş meyiti yaşadığı evin həyətində tapılıb. Onun cansız bədənini ailə üzvləri aşkar edib.

Hadisə yerinə baxış zamanı F.Osmanovun ov tüfəngindən açılan atəş nəticəsində öldüyü məlum olub.

Faktla bağlı Ağdaş rayon prokurorluğunda cinayət işi açılıb, hadisənin motivi araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 600

Oxşar yazılar