Ağdamda gənc oğlan itkin düşdü
26 noyabr 2024 15:02 (UTC +04:00)

Ağdamda gənc oğlan itkin düşdü

0

Ağdam rayon sakini, 27 yaşlı Telmanzadə Tuncay Elman oğlunun itkin düşməsi barədə Ağdam rayon Polis Şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən xəbərə görə, onun boyu 198 sm, iri bədən quruluşlu, saçları sarı rəngli, gözləri göy rəngdədir.

Onun harada olması barədə məlumatı olan şəxslərdən DİN-in “102” Xidməti -Zəng Mərkəzinə, o cümlədən Ağdam Rayon Polis Şöbəsinin (026) 325-02-02 şəhər və (050) 482-80-02 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2177

Oxşar yazılar