Fevralın 26-da Xətai rayon ərazisindəki restoranların birindən 9000 manat dəyərində 5 ədəd televizor, 1 ədəd proyektorun lövhəsi və mobil telefon aksessuarı oğurlanıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurlquda şübhəli bilinən Bakı şəhər sakini R.Zeynalov saxlanılıb.