Türkiyədə kişi başına saç əkimi etdirən zaman ölüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Trabzonun Ortahisar qəsəbəsində, özəl klinikada baş verib.
Başına saç əkimi zamanı 47 yaşlı Temel Altuntaşın qəfil halı pisləşib. O, dərhal təcili tibbi yardım maşını ilə dövlət xəstəxanasına aparılıb. Lakin görülən tədbirlərə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Araşdırma aparılır.