Bakıda qadın dəm qazından zəhərlənərək ölüb.
Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən evlərin birində qeydə alınıb.
34 yaşlı Cevlana Ərəstun qızı Həsənova hamam otağında dəm qazından zəhərlənərək həyatını itirib.
Faktla bağlı Suraxanı rayon Prokurorluğunda araşdırma aparılır.