Türkiyənin İzmir şəhərində 33 mərtəbəli boş otelin damına çıxan 20 yaşlı qız saat yarım davam edən danışıq cəhdlərinə mənfi cavab verib və özünü damdan aşağı atıb.
Lent.az xarici mediyaya istinadən məlumat verir ki, hadisə axşam saatlarında İzmirin Konak vilayətində Hilton oteldə baş verib. Otelin damında olan Azra E.-ni görən vətəndaşlar vəziyyəti 112 Təcili Zəng Mərkəzinə bildiriblər. Xəbərdarlıqdan sonra ünvana polis, təcili yardım və yanğınsöndürmə briqadaları sövq edilib.
Xoşbəxtlikdən yanğınsöndürənlərin açdığı kətanın üzərinə düşən gənc qız başından və bədəninin müxtəlif yerlərindən xəsarət alaraq, sağlamlıq qrupları tərəfindən xəstəxanaya aparılıb.
Azra E.-nin xəstəxanada müalicəsinin davam etdiyi bildirilib. Hadisə ilə bağlı polis qrupları tərəfindən araşdırma başlanılıb.