11 yaşlı uşaq quduzluqdan   öldü, atasına   cinayət işi açıldı
18 aprel 2026 17:36 (UTC +04:00)

11 yaşlı uşaq quduzluqdan öldü, atasına cinayət işi açıldı

0

Rusiyanın Omsk vilayətində 11 yaşlı uşaq quduzluqdan ölüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, uşağı balaca it dişləyib.

Dəfnə kənd sakinləri, sinif yoldaşları və qonşular qatılıb. Jurnalistlərin məlumatına görə, bəzi insanlar yoluxma qorxusundan tabuta yaxınlaşmaqdan çəkiniblər.

Hadisə Bessarabka kəndində baş verib. Qonşunun balaca iti uşağı diz nahiyəsindən dişləyib. Atası yaraya sadəcə “zelyonka” vurub və buna ciddi əhəmiyyət verməyib. Bir neçə gün sonra uşağın hərarəti yüksəlib, lakin onu müayinəyə aparan həkim dişləmə faktından xəbərsiz olduğu üçün kəskin respirator virus infeksiyası diaqnozu qoyub.

Uşağın vəziyyəti qəfil ağırlaşdıqdan sonra o, təcili şəkildə Omsk şəhərində reanimasiya şöbəsinə çatdırılıb. Aprelin 15-i səhər saatlarında İqor vəfat edib.

Atası diaqnozu öyrəndikdən sonra ümidsizlik içində balaca iti boğaraq yaxınlıqda basdırıb. Daha sonra meyit analiz üçün çıxarılıb və quduzluq virusuna yoluxduğu təsdiqlənib.

Hazırda uşağın 2010 və 2011-ci il təvəllüdlü qardaşları xəstəxanada quduzluğa qarşı müalicə alır. Bütün ailə həkim nəzarətindədir.

Hadisə ilə bağlı iki cinayət işi açılıb: feldşer barəsində tibbi yardımın lazımi səviyyədə göstərilməməsi, ata barəsində isə heyvana qarşı qəddar rəftar maddəsi ilə.

Quduzluq sinir sistemini zədələyən ölümcül xəstəlikdir. Yeganə effektiv qorunma üsulu dişləmədən sonra vaxtında vaksinasiya olunmaqdır. Peyvənd vaxtında edilməzsə, yoluxmuş şəxs həyatını itirir. İnkubasiya dövrü bir neçə gündən bir ilə qədər davam edə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 424

Oxşar yazılar