Telman İsmayılovun mühafizəçilərinə cinayət işi açıldı
Azərbaycan əsilli iş adamı Telman İsmayılovun mühafizəçilərinə cinayət işi açılıb. Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə noyabrın 24-də Moskvada baş verib.
“Lexus” avtomobilinin sürücüsü Telman İsmayılovu müşayiət edən avtomobillərə yol verməyib. Mühafizəçilər isə “Lexus”un sürücüsü Aleksey Smirnovu döyüblər, maşına da bir neçə zərbə endiriblər.
Yalnız yoldan keçən bir neçə avtomobil sürücüsü Aleksey Smirnovun müdafiəsinə qalxmasından sonra Telman İsmayılovun mühafizəçiləri ondan əl çəkiblər.
Cinayət işi “məqsədli şəkildə mülkiyyəti məhv etmək, mülkiyyətə ziyan vurmaq” maddəsi ilə açılıb. Bu, 2 il azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.
“RİA Novosti” yazır ki, hüquq-mühafizə orqanlarındakı mənbə həmin vaxt maşında Telman İsmayılov yox, onun oğlu olduğunu bildirib. Ancaq hələ bununla bağlı rəsmi məlumat yoxdur.

Oxşar yazılar

Xəbərdaredici nişan olsaydı, Cümşüd ölməyəcəkdi… – Qurumdan açıqlama-VİDEO
30 iyun 2025 , 21:53
Yekaterinburqda vəhşicəsinə öldürülən azərbaycanlıların qardaşı danışdı-VİDEO
30 iyun 2025 , 21:47
Rusiyada öldürülən qardaşların meyiti yaxınlarına təhvil verildi-VİDEO
30 iyun 2025 , 21:05
Şamaxıda müəmmalı ÖLÜM: ailəsi qadının meyitini tapdı
30 iyun 2025 , 19:33
Perinatal Mərkəzdə 7 körpənin ölümünə görə şöbə müdiri ifadə verdi
30 iyun 2025 , 19:00
Saatlıda su üstündə MÜBAHİSƏ: Əmisini şüşə ilə doğradı
30 iyun 2025 , 18:42"Sputnik Azərbaycan"ın ofisində əməliyyat zamanı saxlanılanların adları
30 iyun 2025 , 18:33