
Müasir toplantı otaqlarında nələrə diqqət edilməlidi?
Böyük şirkətlərdə vacib məkanlardan biri də toplantı otaqlarıdı. Dizaynerlər çox vaxt iclas otaqlarını iri həcmli mebellərlə ciddi ortam görüntüsü verməyə çalışırlar.
Lent.az toplantı otaqlarında olması vacib digər məqamları təqdim edir:
Fəsilləri düşünərək, havalandırma sistemi tam təmin olması vacibdi.
Şirkət sahibi işıqlandırma sistemini qurarkən xəsislik etməməlidi. Toplantı otaqlarında ən vacib məqam insanı yormayan gur işıqdı.
Hər cür texniki avadanlıqların istifadə olunacağı öncədən düşünülməlidir. Monitor, böyük ekran, səs və mikrafon sistemi, telekonfranslar üçün bütün texniki imkanlar qabaqcadan yaradılmalıdır.
İclas otaqlarının sıxıcı, həddindən artıq ciddi ortam təəssüratı bağışlaması artıq dəb deyil. Aksessuar və divar tabloları seçilərkən son dərəcə zövqlü və diqqətli olmaq məsləhətdi.
Müasir dizaynerlər toplantı otaqlarını artıq iri həcmli mebellərdən xilas etməyə çalışırlar. Belə əşyalar zalın kiçik görünməsi ilə yanaşı iclas iştirakçılarının rahatlığına da mane olur.

Nigar Adil
Oxşar yazılar

Zibil ilə dolu ev: uşaqlara it əti yedizdirən ana - FOTOLENT
27 yanvar 2021 , 19:30
Təbii qidalardan təmizlik vaistəsi - FOTOLAR
27 yanvar 2021 , 17:51
Bu ilin trend xalçaları- Fotolent
18 yanvar 2021 , 13:30
Qışda ev güllərinə qulluq: Bu qaydalara DİQQƏT
14 yanvar 2021 , 18:52Evinizdə sizi yoran 8 səbəb
12 yanvar 2021 , 11:40
"Dünyanın ən qorxunc mənzili" satışa çıxarıldı - FOTO
11 yanvar 2021 , 19:32
Evimizə uğur gətirən güllər- Fotolar
11 yanvar 2021 , 12:56
İnteryer trendləri – Memar-dizaynerdən ilin məsləhəti
7 yanvar 2021 , 09:28