Kiçik evlərin  GENİŞ   görüntüsü – Bu qaydalara  DİQQƏT 
29 aprel 2021 19:27 (UTC +04:00)

Kiçik evlərin GENİŞ görüntüsü – Bu qaydalara DİQQƏT 

Evin müasir və gözəl görünüşü üçün zövqlü dizayn edilməsi əsas şərtdir. Bəzən kiçik evlərdə sadə toxunuşla həm fərqli, həm də geniş görüntü yarada bilərsiniz.

Lent.az kiçik ev sahibləri üçün maraqlı fikirlər təqdim edir:

Əgər, evinizdə geniş güzgü olmasını istəyirsinizsə və uyğun şərait yoxdursa, o zaman üzəri güzgülü dolab dəstinə üstünlük verin.

Kiçik evinizdə kosmetik vaistələrinizə yer yoxdur? O zaman kiçik taxtanın üzərinə şüşə qablar yerləşdirməklə, bu problemi aradan qaldıra bilərsiniz.  

 

Pəncərənizin böyük görünməsi üçün, pərdələri tavana daha yaxın yerləşdirin. Bundan əlavə, pərdələrinizi asmaq üçün şəkildəki fərqli vaistələrdən istifadə edə bilərsiniz. 

İstifadəsiz kəmər, muncuq dəstini pərdə bağı kimi istifadə etmək mümkündür. 

Mebel dəstinizi dəyişməyə tələsməyin. Yenidən rəngləmək və ya fərqli dəstək düzəltməklə də köhnə dəstiniz yenilənəcək. 

Otaqdakı televizorun fərqli görünməsi üçün rəngli çərçivələrdən istifadə etmək olar. 

Yatağın alt hissəsində çəkməcə yerləşdirməklə, artıq əşyalarınızı yerləşdirə bilərsiniz. 

 


Tünd rəngli tavan və açıq rəngli divarla evinizin fərqli görünüşünə sahib ola bilərsiniz. 



1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4170
avatar

Nigar Adil

Oxşar yazılar