
İnteryer trendləri – Memar-dizaynerdən ilin məsləhəti
İnteryer trendləri – Memar- dizaynerdən ilin məsləhəti
“Dizayn hər il yenilənən, dəbli tendensiyalar yaradan sahələrdən biridi. 2021-ci ildə interyer aləmində iddialı rənglər, naxışlar, fərqli materiallara üstünlük veriləcək.”
Bu fikirləri Lent.az-a açıqlamasında “TOSCAN” İnşaat şirkətinin direktoru Nuran Yasinova deyib.
Memar-dizayner qeyd edir ki, bu il gözoxşayan, o qədər də incə olmayan naxış və formalar, çəmən yaşılı, retro narıncı və zərif firuzə kimi açıq rənglərə hazır olmalıyıq:
“İlin ilk yarısını evdə keçirəcəyimizi bildiyimiz üçün dəbli toxunuşlarla daxili məkanı daha əyləncəli etmək mümkündür. Mətbəx interyerində, dolablarda boz tonlardan istifadənin kəskin azalacağı gözlənilir. Buna səbəb məkan daxilinin daha soyuq görünməsidi. Yataq otağı interyerində isə parlaq rənglər qatmadan bəyaz tonlara və açıq rəngli naxışlardan istifadəyə üstünlük veriləcək.
Neytral tonlar həmişə populyar görünsə də, bu il rənglərdə böyük bir hərəkətlilik, naxış oyunları, qəhvəyi ağac materialından çox istifadə olunacaq.”
Nuran Yasinova bildirir ki, çiçək teksturalı divar kağızları, antik rəsmlər, zərif plitələr, toxunma pərdələr və qədimi toxunuşlar bu il üstünlük təşkil edəcək.

Nigar Adil
Oxşar yazılar

Zibil ilə dolu ev: uşaqlara it əti yedizdirən ana - FOTOLENT
27 yanvar 2021 , 19:30
Təbii qidalardan təmizlik vaistəsi - FOTOLAR
27 yanvar 2021 , 17:51
Bu ilin trend xalçaları- Fotolent
18 yanvar 2021 , 13:30
Qışda ev güllərinə qulluq: Bu qaydalara DİQQƏT
14 yanvar 2021 , 18:52Evinizdə sizi yoran 8 səbəb
12 yanvar 2021 , 11:40
"Dünyanın ən qorxunc mənzili" satışa çıxarıldı - FOTO
11 yanvar 2021 , 19:32
Evimizə uğur gətirən güllər- Fotolar
11 yanvar 2021 , 12:56