Dünyanın ən bahalı 5 şirniyyatı  - FOTO
06 iyul 2021 18:57 (UTC +04:00)

Dünyanın ən bahalı 5 şirniyyatı - FOTO

Bahalı maşın, ev, zinət əşyaları haqqında eşitmisiniz. 

Bəs, dünyanın ən bahalı şiriniyyatı neçiyə və harada təklif olunur? 

Lent.az xarici KİV-ə istinadən dünyanın ən bahalı 5 şirniyyatını təqdim edir: 

Qızıl cupcake 1007 dollar

Dubayda “Bloomsbury”də təqdim edilən şirniyyatın daxili və xarici 23 əyyar qızılla əhatələnib. “Golden Phoenix Cupcake” adlanan şiriniyyatın tərkibində İtaliya kakaosu, Uqanda vanili var. 

Donut 1, 682 dollar 

1,682 dollara təklif olunan bu şirniyyat  Londonun məşhur çörək markası olan “Krispy Kreme” aiddir.  Donutun hazırlanmasında 500 illik konyak və moruqdan istifadə olunur. Əl işi olan şirniyyatın tərkibində 24 əyyarlıq qızıl var.

Ən bahalı dondurma

Dondurma “Serendipity 3” restoranında təklif olunur. Hazırlanmasında dünyanın ən bahalı 14 şokoladı daxil olmaqla, 28 fərqli şokoladından istifadə olunub.. Dondurmanın dekorasiyasında 5 qram 24 əyyar yeməli qızıl, brilyantdan istifadə olunub və qızıl qaşıqla servis edilir. Dondurma bitdikdən sonra qaşığı evə apara bilərsiniz. Dünyanən ən bahalı dondurmasının qiyməti 25000 dollardır.

34000 dollarlıq pudinq 

Dünyanın ən bahalı pudinqinin hazırlanmasında şəftəli, portağal və alkoqol qarışıqlı yüngül peçenye və alkoqollu jeledən istifadə edilir. Dekorunda yeməli qızıl yarpağı, əl işi çiçəklər və brilyantlardan istifadə olunub. 

1,7 milyon dollarlıq meyvəli  tort

Yaponiyalı şirniyyat ustasının şirin xəmirdən hazırladığı meyvəli tortun qiyməti 1,7 milyon dollardır. Tortun tərkibində 223 almaz və 5 əyyar qızıldan istifadə olunub. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4929
avatar

Nigar Adil

Oxşar yazılar