Azərbaycanlı ailələr dizaynerlərdən nə tələb edirlər? –Memar-dizayner AÇIQLADI
30 yanvar 2021 10:00 (UTC +04:00)

Azərbaycanlı ailələr dizaynerlərdən nə tələb edirlər? –Memar-dizayner AÇIQLADI

“Azərbaycanlı ailələr evlərinin interyerində daha çox “lepka” dəbdə olsa da, olmasa da bunu daim sevirlər və çox istifadə edirlər”.

Bu fikirləri Lent.az-a açıqlamasında “TOSCAN” İnşaat şirkətinin direktoru Nuran Yasinova deyib.

Nuran Yasinova

Memar-dizayner qeyd edir ki, ailələrin dizaynerlərdən istək və tələbləri bölgələr üzrə fərqlənir:

“Xanımlar mətbəxin rahatlığına xüsusi yanaşırlar. Studiya mətbəxi sevməyən qadınlar onun ayrı və geniş olmasını istəyirlər. Bundan əlavə mətbəx daxilində anbarın da olması çox tələb olunur”.

Zövqlərin müxtəlif olduğunu bildirən Nuran Yasinova azərbaycanlı ailələrin hər küncü funksional dolaba çevirmək istəkləri ilə tez-tez qarşılaşdıqlarını qeyd edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4797
avatar

Nigar Adil

Oxşar yazılar